Belarusda bütün rayonlar üzrə nəticələr elan edildi

0
647

Belarusun hazırki Prezidenti Aleksandr Lukaşenko 9 avqustda baş tutan prezident seçkilərinin ilkin nəticələrinə görə, 82 faiz səslə rəqiblərini üstələyir.

Bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK bildirib ki, hazırda 5 regionda səslər sayılıb.

Qeyd edək ki, ekzit-polların nəticələrinə görə, Lukaşenko 79,7 faiz səslə seçkidə qalib gəlib.

***

İndiyə qədər bağlanan seçki məntəqələrinin nəticələrinə görə, Lukaşenkonun səs faizi 81,35, onun əsas rəqibi Tixanoskayanın səs faizi isə 8-dir.

Qeyd edək ki, MSK səslərin neçə faizinin sayıldığını açıqlamayıb.

***

Belarus ərazisindəki bütün rayonların ilkin nəticəsi məluamdur.

Bildirilir ki, bütün rayonlarda Lukaşenko liderlik edir.