Belarus Ukrayna ilə sərhədə QOŞUN YIĞIR

0
82

Belarus Ukrayna ilə sərhədə daxili qoşunlar və çevik qüvvələr göndərib.

Bunu Belarusun daxili işlər naziri İvan Kubrakov deyib.

Kubrakov “Stolin-2024” təlimlərində praktiki hərəkətlərə başlamazdan əvvəl xüsusi təyinatlıların köçürülməsini elan edib. Nazir qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücum təcrübəsi nəzərə alınmaqla, çevik qüvvələr və daxili qoşunlar Ukrayna ilə sərhəddə cəmləşib.

“Onların əsas məqsədi düşmənin məskunlaşan ərazilərə daxil olmasının qarşısını almaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir”, – deyə Belarus Daxili İşlər Nazirliyi vurğulayıb.