Belə davranış boşanmanın qarşısını alacaq – Psixoloqdan tövsiyə

0
166

Münaqişə vaxtı susmaq münasibətlərə zərər verir. Çünki belə davranış partnyorlar arasında incikliyin artmasına və nəticədə ayrılığa gətirib çıxarır.

Bu barədə psixoloq, psixoterapevt Kelli Armatej xəbərdarlıq edib. Armatej qeyd edib ki, münaqişəli vəziyyətlər və ailədəki problemlər dərhal tərəfdaşlar tərəfindən açıq şəkildə müzakirə olunarsa, ayrılıq təhlükəsi daha az olar.

Ancaq uzun müddət danışmaqdan çəkinsəniz, inciklik, mənəvi ağrılar çoxalmağa davam edəcək və əlaqələr geri dönüşü olmayan nöqtəyə gedib çıxacaq.

Psixoloq partnyorlara tövsiyə edib ki, davranışlarına nəzarət etsinlər və mümkünsə, bir-birinin ehtiyaclarına həssas yanaşmağı bacarsınlar.

Armetaj münaqişə vəziyyətlərini öz aralarında müzakirə etməkdə çətinlik çəkən cütlüklərə ailə psixoloqu ilə əlaqə saxlamağı məsləhət görüb. Onun sözlərinə görə, əksər hallarda bir mütəxəssisin köməyi münasibətləri normallaşdırmağa və boşanmalardan qaçmağa kömək edəcək.