Birləşmiş Ərəb Əmirliklərinin Cənubi Afrikanı Qəzza soyqırımına qarşı qətiyyətli mövqeyindən döndərmək üçün ona rüşvət təklif etdiyi iddia edilib.
Bu barədə “Emirates Leaks” məlumat yayıb.
Məlumata görə, BƏƏ rəsmiləri neft emalı zavodlarına milyardlarla dollarlıq sərmayələr təklif edərək Cənubi Afrikanı İsrailə qarşı iddiasından imtina etməyə çağırıb.
Bildirilir ki, BƏƏ rəsmiləri həftələrdir gizli şəkildə Cənubi Afrikadakı həmkarlarına müxtəlif cəlbedici təkliflər təqdim etməyə, o cümlədən iki ölkə arasında müxtəlif iqtisadi əlaqələrin başlanmasına cəhd ediblər.
Lakin Cənubi Afrika təkliflərə məhəl qoymayıb və təşəbbüslərin uğursuzluğuna görə Əbu-Dabidə böyük məyusluq olduğu qeyd olunub.
Qeyd edək ki, Cənubi Afrika Qəzzada Fələstin xalqına qarşı soyqırımı törətdiyinə görə İsrailə qarşı iddia qaldıran və Beynəlxalq Ədalət Məhkəməsinə sübut təqdim edən ilk ölkələrdən biri olub.