BDYPİ Bakıda keçiriləcək UEFA-nın final olunu ilə əlaqədar məlumat yayıb

0
531
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mayın 29-da Bakı şəhərinin Olimpiya Stadionunda UEFA Avropa Liqasının Arsenal-Çelsi futbol klublarının iştirakı ilə keçiriləcək final oyunu barədə tədbirlərə dair məlumat yayılıb.
İdarədən verilən məlumatda deyilir ki, final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxtımıza gələcək çox saylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirir.
Bununla əlaqədar Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədi ilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza carı ilin may ayının 27-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edilir.
Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər.
Xatırladırıq ki, Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi minik avtomobilləri ilə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər.
Məlumatda həmçinin paytaxt sakinlərindən həmin müddət ərzində fərdi nəqliyyat vasitələrdən mümkün qədər az stifadə etmələrini, xüsusilə Bakı şəhərinin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət
etmələrini tövsiyə edilir.