Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.
Bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, bundan əvvəl universitetin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova olub. O, fevralın 12-də öz ərizəsi ilə vəzifəsindən azad edilib.
