BDU-da virtual elmi konfrans keçiriləcək

0
325

Bakı Dövlət Universitetinin (BDU) Tarix və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə mayın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda virtual elmi konfrans keçiriləcək.
BDU-dan bildirilib ki, elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaq.
Virtual elmi konfransda iştirak etmək istəyənlər mayın 30-u saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.