
Britaniyalı jurnalist və Qazaxıstanla bağlı kitabların müəllifi Coanna Lilis bildirib ki, ölkənin Xarici İşlər Nazirliyində akkreditasiyası olmasına baxmayaraq, ölkəyə buraxılmır. Bu barədə BBC xəbər verir.
Məlumata görə, Lilis 2006-cı ildən Qazaxıstanda işləyir. Onun məqalələri “Guardian”, “Economist” və “Independent” nəşrlərində dərc olunub.
BBC qeyd edir ki, Qazaxıstan sərhədçiləri bəzi digər xarici jurnalistlərin də ölkəyə daxil olmasına icazə vermirlər.