Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə tətbiq edilmiş xüsusi karantin günlərində bütün paytaxtda və ölkənin bir sıra digər şəhər və rayonlarında olduğu kimi, Bakının 8-ci kilometr qəsəbəsi də səssizliyə qərq olub.
Şəhərin ən gur yerlərindən olan, “Vosmoy bazarı” kimi tanınan “Ticarət mərkəzi 4” ASC-nin və “Neftçilər” metro stansiyasının ətrafını, həm də bazar günü belə boş görmək qeyri-adi təsir bağışlayır.
Qara Qarayev prospektində ara-sıra avtomobillər gözə dəyirdi. Onların da əksəriyyəti müxtəlif kommunal xidmətlərin qəza-bərpa maşınlarıdır.
Metro stansiyasının özü bağlı olsa da, giriş-çıxışından yeraltı keçid kimi istifadə etmək mümkündür.