Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, bundan sonra özəl baytarlıq xidmətlərinin göstərilməsi xidməti ƏDV-dən azad olunur.
Bundan başqa, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər 20 manat məbləğində aylıq sadələşdirilmiş vergi ödəyəcəklər.