İNK ailəsinə ağır itki üz verib – VİDEO

0
1135

İctimai Nəzarət Koalisiyasının Nəqliyyat Sahələrinə Nəzarət Departamentinin sədri Bayram Şərifov bu gün dünyasını dəyişib.
Bayram Şərifov fəaliyyəti dövründə başçılıq etdiyi işçi qrupu ilə Bakı şəhərində, eyni zamanda respublikanın digər şəhər və rayon mərkəzlərində nəqliyyatın fəaliyyəti və sərnişin daşınmasında problemlərin həllinə nəzarət istiqamətində aparılan işlər zamanı nəqliyyat vasitəsi idarəçilərinin fəaliyyətində məsuliyyətsizlik və qanunsuzluq hallarının aradan qaldırılması istiqamətində önəmli işlər görürdü.
Onu da qeyd edək ki, Bayram Şərifov uzun illər Azərbaycan Nəqliyyat Nazirliyində Nəqliyyat Xətlərinə Nəzarət İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
55 illik həyat yolunda o, həm də layiqli övlad, fədakar ata, qayğıkeş ailə başçısı, etibarlı dost, vicdanlı vətəndaş olmuşdur.
İNK-çılar adından Bayram Şərifovun vəfatı ilə əlaqədar onun ailə üzvlərinə və bütün sevənlərinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-nın I vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov və bütün kollektivi