Ramazan bayramı münasibəti ilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları 30 ailəni ziyarət edib.
Onları bayram münasibətilə təbrik edərək müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatını təqdim ediblər.
Sakinlər də göstərilən bu diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.