Tətil günlərində peyvənd məntəqələri növbəli şəkildə fəaliyyət göstərəcək.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Novruz bayramının tətil günlərində bazar günü istisna olmaqla, peyvənd məntəqələrinin fəaliyyəti növbəlilik prinsipi ilə işləyəcək.
Qeyd edək ki, paytaxt üzrə vaksinasiya prosesini Səhiyyə Nazirliyi, regionlarda isə TƏBİB həyata keçirir.
Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini ilə peyvəndlənmə prosesi başlanıb.