Bayram günlərində təcili yardıma müraciətlərin sayı açıqlanıb

0
325

“Bayram günlərində xəttə kifayət qədər təcili yardım briqadalarını cəlb etməyə çalışdıq”.

Bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bayram günlərindəki iş fəaliyyəti haqqında” mövzusunda çıxışında deyib.

O bildirib ki, Bakı şəhəri üzrə təcili yardım 21 bölmə və 139 briqadanı əhatə edir: “Bu briqadalar bayram günlərində çağırışlara cəlb olunmuşdu. Çağırışlarda artım müşahidə olunurdu”.

N. Fərzəliyeva deyib ki, adi günlərdə gün ərzində 2600-2700 çağırış icra edilirdisə, bayram günlərində bu say 2800-3300 təşkil edib: “Ən çox çağırış yanvarın 2-3-də oldu. Bu günlərdə çağırışlar 3300-ə qədər yüksəldi”.