Bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq QURUMLAR

0
184

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində bir sıra dövlət qurumları gücləndirilmiş iş rejmində fəaliyyət göstərəcəklər.

“Azəristiliktəchizat” ASC bayram günlərində abonentləri keyfiyyətli və dayanıqlı istiliklə təchiz təmin etmək məqsədilə qazanxalarda və istilik məntəqələrində müvafiq tədbirlər həyata keçirib. Bununla əlaqədar istilik sistemləri istismar sahələrinin rəhbərlərinə, eləcə də sahə rəisləri və qazanxana əməliyyatçılarına təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib.

Vətəndaşlar yaranan problemlə bağlı “Azəristiliktəchizat”ın “956” – Çağrı Mərkəzinə və ya cəmiyyətin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək qurumlardan biri də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyidir.

Məlumata görə, 31 dekabr-4 yanvarda Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsinin əməkdaşları Abşeron, Mərdəkan, Sabunçu xidmət sahələrində və BRQSD-nin inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər.

24/7 rejimində fəaliyyət göstərən “104/185” Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək.

Qaz təsərrüfatına dair abonentləri narahat edən hər hansı məqam olarsa, “104/185” Çağrı Mərkəzinə zəng edə, 077 3 104 104 saylı “WhatsApp” nömrəsinə yazmaqla məlumat verə bilərlər.

“Azərsu” ASC də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Məlumata görə, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu”nun sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.

“Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq. İstehlakçılardan xahiş olunur ki, içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”nun “955” Zəng Mərkəzinə müraciət etsinlər”, – deyə qurumdan bəyan edilib.