İyun ayı, isti hava, bölgələrin gözəl vaxtı və Qurban bayramı üçün verilən dörd günlük bayram tətili.
Bayram günlərini fürsət bilənlər rayonlara üz tutacaqlar. Bu da hotellərdə sıxlığa səbəb olur və qiymətlərə təsir edir. Artıq əksər hotellərdə yerlər rezerv olunub.
Quba-Qusar-Xaçmaz bölgəsində 5 ulduzlu hotellər həftə içi 100-150 manat, həftə sonu isə 250 manatdırsa, bayram günlərində bu rəqəm 20-30 faiz daha baha təklif olunur. Hazırda Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər 130-170 manat aralığında dəyişir. Cənub bölgəsində yerləşən hotellərə də tələbat artıb.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, artıq Qurban bayramında vətəndaşlar daha çox Qarabağa üz tuturlar.
Ekspertlər bildirirlər ki, bayramdan sonra hotel qiymətlərində ucuzlaşma müşahidə ediləcək.
Ətraflı süjetdə: