“Baykal bizimdir” – Çinli jurnalist

0
438
Tezliklə Baykal gölünün yaxınlığındakı bütün yaşayış mətəqələri Çindən olan biznesmenlər tərəfindən tutulacaq. «Baijiahao» adlı Çin nəşrinin müxbiri belə hesab edir. «İNFO internet-nəşri» müxbirdən sitat gətirir.

Guya Baykal 300 il əvvəl Çinə məxsus olub və çinlilər bu gölü çox sevirlər. O, qış vaxtı özünün möcüzəli xüsusiyyətləri ilə diqqəti cəlb edir, deyə, jurnalist yazır.

Onun sözlərinə görə, Çin turistləri buraya «mavi bəbəyi» görmək üçün gəlirlər, Çin Xalq Respublikasından (ÇXR) olan biznesmenlər isə öz həmvətənləri üçün gölün sahillərində turist bazaları tikirlər və otellər tikməyi planlayırlar. Jurnalist əmindir ki, tezliklə Baykal gölünün ətrafındakı yaşayış məntəqələrində bütünlüklə çinlilər yaşayacaqlar.

O, etiraf edir ki, çox sayda çinli turistlərin axını rusiyalıları narahat edir – artıq 50 min insan bir petisiya imzalayıb. Petisiya ÇXR-dan bölgəyə turistlərin gəlişini qadağan edən tələb irəli sürür. Onlar ehtiyat edirlər ki, bölgə tezliklə Çinin bir əyalətinə çevriləcək. Bundan başqa, yerli sakinlər qeyd edirlər ki, çinli turistlər ətraf mühitə pis münasibət bəsləyirlər, hər yerə zibil tökürlər və Baykalı çirkləndirirlər.