Baydenlə canlı debat öncəsi Trampın COVID testi “pozitiv” çıxıb

0
288

Donald Trampın ABŞ prezidenti olduğu müddətdə 2020-ci il seçki kampaniyası çərçivəsində Co Baydenlə ilk canlı debatından əvvəl verdiyi koronavirus testinin “müsbət” çıxdığı iddia edilib.

Britaniya nəşri Tramp zamanında Ağ Ev administrasiyasının işlər müdiri Mark Medouzun yaxın günlərdə işıq üzü görəcək xatirələrinin bir hissəsini əldə edib.

Müəllif Trampın ilk müsbət testinin 26 sentyabr 2020-ci ildə ortaya çıxdığı, bu zaman dövlət başçısının Baydenlə canlı debata qatılmaq üçün prezident təyyarəsinə minməyə hazırlaşdığını bildirib.

Medouzun sözlərinə görə, Tramp “Mənim o debata qatılmağıma heç nə mane ola bilməz”, -deyərək ikinci dəfə test vermək qərarına gəlib və onun ikinci testi “neqativ” çıxıb.