Baydenin Putinə vida “hədiyyəsi”: Rusiya çətin durumdadır, hər an…

0
10

ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyası fəaliyyətinin son günlərində Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Bu məhdudiyyətlər Rusiya neftinin qiymətinin aşağı düşməsinə səbəb olub.

Bu barədə “The Moscow Times” yazıb.

Bildirilib ki, bu qərardan sonra Urals markalı neftin qiyməti bir barel üçün 60 dollardan aşağı düşüb. 15,7 dollar eniş təşkil edib ki, bu da 2024-cü ilin may ayından bəri ən böyük göstəricidir.

Rusiya İqtisadi İnkişaf Nazirliyi bir barelin qiymətinin 69,7 dollar olacağını proqnozlaşdırmışdı. Bu proqnoz Rusiya Federasiyasının 2025-ci il üçün federal büdcəsinin əsasını təşkil edir.

“Rusiya hökumətinin proqnozunu yanvarın 10-da 180-dən çox tankerə, onlarla neft ticarəti və sığorta şirkətinə, eləcə də iki hasilat şirkətinə – “Qazprom Neft” və “Surqutnefteqaz”a qarşı tətbiq etdiyi sanksiyalar pozdu. Sanksiyalar Arktikadan və Uzaq Şərqdən Rusiya neftini daşıyan gəmiləri sıradan çıxararaq, daşınma xərclərinim bir neçə dəfə artmasına səbəb oldu. Nəticədə, Rusiyanın göndərmə limanlarında və Hindistandakı çatdırılma limanlarında neftin qiyməti arasındakı fərq bir barel üçün 13 dollara qədər artdı. Bu da ötən ilin mayından bəri ən yüksək göstəricidir”.

Qeyd olunur ki, indi Rusiya tanker çatışmazlığı və yükdaşıma xərclərinin artması ilə üzləşdiyindən, martda Asiyaya çatdırılması nəzərdə tutulan Rusiya neftinin satışı dalana dirənib. Analitiklər Hindistana tədarükün azalmasının gündə 500 min barrelə çata biləcəyini proqnozlaşdırır ki, bu da Hindistanın Rusiyadan idxal etdiyi neftin üçdə birindən çoxdur.