Baydendən Şərqi Aralıq dənizi ÇIXIŞI – Yunanıstana AÇIQ MESAJ

0
327
Baydendən Şərqi Aralıq dənizi ÇIXIŞI - Yunanıstana AÇIQ MESAJ

Türkiyə ilə Şərqi Aralıq dənizində yaşadıqları gərgin münasibətləri dünya səhnəsinə daşıyan və bölgədə özünə dəstək axtaran Yunanıstan ABŞ ilə münasibətlərini uğurlu saxlamağa çalışır.

Bölgədə ABŞ qüvvələrinin iştirakı ilə ortaq hərbi təlim keçirən Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ABŞ Prezidenti Co Baydenlə görüşüb.

Ağ Evin paylaşdığı məlumatda qeyd olunur ki, Bayden və Miçotakis telefon əlaqəsi yaradıblar və Bayden onu Yunanıstanın müstəqilliyinin 200-cü ildönümü münasibətilə təbrik edib.

İki ölkə arasında möhkəm ikitərəfli əlaqələrin dərinləşdirilməsinə sadiq olduğunu ifadə edən Bayden, ölkələrarası artan müdafiə sahəsindəki əməkdaşlığa da diqqət çəkib.

“Co Bayden Şərqi Aralıq dənizində sabitliyin yaranması üçün ümidli olduğu mesajını verib. Ayrıca, hər iki lider enerji təhlükəsizliyi, Çin, Rusiya və Qərbi Balkanlar da daxil olmaqla, ortaq maraq mövzularında koordinasiya etməyi müzakirə ediblər”, – Ağ Evin açıqlamasında qeyd edilib.