ABŞ Prezidenti Co Bayden Rusiyanın Vaşinqtonun NATO müttəfiqləri ilə transatlantik tərəfdaşlığını pozmağa çalışdığını bildirib.
Bunu ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
ABŞ lideri Rusiyanın Avropa layihəsi və NATO ittifaqını zəiflətmək, eyni zamanda transatlantik birliyi ilə bağlı qərarlarını pozmaq istədiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Kremlin ayrı-ayrı ölkələri təhdid etməsi vahid və güclü bir transatlantik ittifaqla danışıqlar aparmaqdan daha çox asandır.
Bayden ayrıca olaraq, Ukraynanın suverenliyini qorumağın vacibliyini də vurğulayıb.