Ağ irqin üstün olduğuna dair iddialar irəli sürərək terror çağırışı edənlər ABŞ üçün ən böyük təhlükədir.
Bu barədə Co Baydenin Konqresin hər iki palatasının üzvlərinə ünvanlayacağı nitqinin mətnində yazılıb.
“Biz kəşfiyyat xidmətimizin müəyyənləşdirdikləri təhlükəni görməzdən gəlməyəcəyik – hazırda Birləşmiş Ştatlar üçün ən ölümcül təhlükə ağ irqin üstünlüyünü irəli çəkənlərin terror təhdidləridir”, – C.Baydenin çıxışının mətnində vurğulanır.