Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri – FOTOREPORTAJ

0
779
Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJBakıda orta əsrlərin Avropa ölkələrində kilsə məhkəməsinin insanlara tətbiq etdiyi cəza prosedurunun alətləri və qurğuları nümayiş edilir. “İnkvizisiya – Orta Əsrlər İşgəncə Alətləri” sərgisi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və təşkilatçılığı, İtaliya Respublikası, Rusiya Federasiyasının təşkilati dəstəyi ilə ərsəyə gəlib.

Ekspozisiyada qurbanlara fiziki əzab vermək, onları etiraf etməyə məcbur etmək üçün 70-ə yaxın qurğu sərgilənir. Bu, 500 ilə yaxın davam etmiş orta əsr inkvizisiyası dövründə çox geniş yayılmış bir təcrübə olub.

Sərginin məzmunu kifayət qədər dramatikdir və orta əsrlərin sərt həqiqətlərinin təfərrüatı ilə zəngindir. Ziyarətçilərə təqdim edilən ekspozisiyanın əsas məramı düşünməyə məcbur etməkdir. Axı buradakı hər bir eksponat tam mənası ilə yalnız vahimə və qəzəb deyil, həm də mərhəmət və şəfqət hissi doğurur.

Eksponatlarla tanış olmaq üçün Oxu.Az-ın əməkdaşları sərginin nümayiş olunduğu Şirvanşahlar Sarayı Kompleksinə baş çəkib.

İlk baxışdan insana qəribə gələn qurğular haqqında oxuduqda adam dəhşətə gəlir. Bəziləri insanlara əzab vermək, bəziləri isə öldürmək üçün nəzərdə tutulub.

Dartma taxtası: Bu üsul tarixi təsvirlərdə ən çox rast gəlinən ingəncə vasitələrindən biridir. Bu üsuldan bütün Avropa ərazisində istifadə olunurdu. Ayaqları və əlləri bağlanmış qurban dözülməz ağrılarla əzələləri parçalanana qədər dartılırdı. Qurbanın bədəni parçalanmadan əvvəl 30 santimetrdən çox dartılırdı. Bəzən qurbanı dartma taxtasına bağlayıb, döş giləsini və digər həssas yerlərini maşa ilə sıxırdılar, qaynar dəmirlə dağlayırdılar və digər işgəncə üsullarından istifadə edirdilər.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Payaya keçirmək: Bu, ehtimal ki, Assur-Babil mənşəli ən qəddar və vəhşi edam üsullarından biridir. Yaxın Şərq ölkələrində geniş yayılmış bu cəza Osmanlı imperiyasının tərsalara qarşı apardığı mühariblər vaxtı qeyri-qanuni silah daşımaqda ittiham olunanlar üçün tətbiq edilirdi. Qurbanlar lüt soyundurulub, nazik, ucu iti payalarda oturdulurdu. Onlar bir neçə gün ərzində can verirdilər. Valaxiya döyüşündə qazandığı qələbədən sonra Qraf Drakula adı ilə tanınan Vlad Tsepeş minlərlə türkü qətlə yetirərkən bu cəzanı xüsusilə geniş tətbiq edib.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ
Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

İspan atı: Orta əsrlərdə, “İspan atı” işgəncə üsulu, cadugərlikdə və ya şeytanla əlaqədə şübhəli bilinən qadınlar üçün nəzərdə tutulurdu. Qadınları taxta dirək üstündə elə oturdurdular ki, digər dayaq nöqtələri olmayan bədənin ağırlığı nəticəsində taxtanın iti ucu qadının ayaqlarının ortasından bədəninə daxil olsun. Sonralar inkvizisiya dövründə bəkarət andı vermiş, lakin zina etmiş rahibələrə qarşı da bu cəza vasitəsindən istifadə edilirdi. Cəza qadınlarla yanaşı kişilərə də tətbiq edilirdi. İşgəncənin daha dözülməz edilməsi üçün qurbanın ayaqlarına daşlar və digər ağır yüklər bağlanırdı.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Yuxusuzluqla işgəncə və ya Yəhudanın beşiyi: İxtiraçı İppolite Marsilinin sözlərinə görə, məcburi yuxusuzluğun tətbiqi işgəncə tarixində dönüş nöqtəsi sayılır. Onun fikrincə, günahların etiraf edilməsi üçün bədənə xəsarətlərin yetirilməsi yolverilməzdir. Bu işgəncə növünün mahiyyəti qurbanın mümkün qədər uzun müddət oyaq qalmasını təmin edərək, ona yuxusuzluqla əzab verməkdir. Bu alətin “Yəhudanın beşiyi” adlandırılması isə İsa Məsihini 30 gümüş sikkəyə satan həvarisi Yəhuda ilə bağlıdır.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ
Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Utanc maskası: XVI-XIX əsrlərdən etibarən bu mexanizmlər bəzilərində bədii məna ilə nəzərdə tutulmuş müxtəlif formalarda cari intizama və mövcud qaydalara qarşı çıxış edənləri və kişilərin hakimiyyətinə qarşı çıxan qadınları cəzalandırmaq üçün istifadə edilirdi. Maskaların çoxu içəri gizlənmiş kəskin uclu tikanlarla təchiz edilib.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ
Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Su ilə işgəncə: Bu işgəncə növünü daha təsirli etmək üçün təqsirkarı dara çəkir, yaxud ortası qaldırıla bilən xüsusi böyük masaya bağlayırdılar. Qurbanın ağzına qıf vasitəsilə su tökürdülər. Bunun nəticəsində qurban boğulmağa başlayırdı. Qeyd etmək lazımdır ki, bu, yüngül əzab növü hesab olunurdu.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Cadugərlərin kürsüsü: Bu adla tanınan inkvizisiya kürsüsü cadugərlikdə ittiham olunub günahını boynuna almayaraq susan qadınlar üçün cəza vasitəsi idi. Bu cəzadan Avstriyada geniş istifadə olunurdu. 1693-cü ildə Avstiryanın Qutenberq şəhərində hakim Volf fon Lampertiş 57 yaşlı Mariya Vukinesanı cadügərlikdə ittiham edib. Qadın 11 sutka kürsüdə bağlanılıb, eyni zamanda cəlladlar onun ayaqlarını közərdilmiş dəmirlə yandırıb, əzablara düçar edib. Mariya Vukines çəkdiyi əzablardan ağlını itirsə belə, kürsüdə ölənə qədər ittihamları qəbul etməyib.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ
Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Dartma nərdivanı: Dartma nərdivanı küçələrdə cəmiyyət qarşısında istifadə edildiyinə görə çox yayılmış bir cəza növü olub, qurbanı asıb, onun bədəninin cırılmasına qədər dartmaq imkanı verirdilər. Həmin zamandan qalan bir çox sənədlər onu göstərir ki, bu işgəncə adətən “şeytan”dan hamilə qalan “ifritə”lərə qarşı tətbiq olunurdu.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Qamçı: Bu qırmanc yüzlərlə növ qamçılama alətlərindən biridir. Keçmişdə geniş tanınan bu cəza üsulu Orta Əsrlər dövründə, əsasən, avaraçılıq və dilənçilik, habelə ərazidə qəbul edilmiş davranış qaydalarının pozulması kimi cinayətlər üçün nəzərdə tutulub. Qamçılama üsulu ilə deyingən və vəfasız qadınları da cəzalandırırdılar. Qırmancların hər tarixi inkişaf dövrünün öz “sevimli” modelləri var.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ
Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Nürnberq Qızı: İşgəncələrin mexanikləşdirilməsi ideyası Almaniyada yaranıb. Bu cəza növündən gizli məhkəmə zirzəmisindən istifadə edilirdi. Müttəhim sərdabəyə yerləşdirilir, onun içində iti uclu mismarlar elə düzülürdü ki, qurbanın həyat üçün vacib heç bir daxili orqanı zədələnməsin, nəticədə can vermə kifayət qədər uzun çəkirdi. “Qızla işgəncə”nin tətbiqi ilə keçirilən ilk məhkəmə təhqiqatı 1515-ci ilə təsadüf edir.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ
Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Dizçökən: Müttəhim səciyyəvi tövbə duruşunda dayanırdı. Tikanlar üzərində diz çökdürülən müqəssirin bədən ağırlığı sayəsində oynaqlarına batan iti uclar ona dözülməz ağrı verirdi. Əksər hallarda ağır fəsadlarla nəticələnməsinə, çox əzabverici işgəncə olmasına baxmayaraq, məhkəmə onu nisbətən “yumşaq” cəza növü hesab edirdi.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

İstintaq kürsüsü: İstintaq kürsüsü Mərkəzi Avropada istifadə edilirdi. 1846-cı ilədək Nürnberq və Fegensburqda ilkin istintaq mütəmadi olaraq onun vasitəsilə aparılırdı. Çılpaq məhbusu elə oturdurdular ki, onun ən cüzi hərəkəti belə kürsüdəki tikanların dərisinə batmasına səbəb olurdu. Adətən işgəncə bir neçə saat davam edir, can verən qurbanın əzabını gücləndirmək üçün cəlladlar onun əl-ayaqlarını kəlbətinlər və digər işgəncə vasitələri ilə deşib zədələyirdilər.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ
Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Kəllə üçün pres: Bu, orta əsrlərin alətidir, xüsusilə Şimali Almaniyada yüksək qiymətləndirilib. Onun funksiyaları olduqca sadə idi: qurbanın çənəsi taxta və ya dəmir dayağa yerləşdirilir, qurğunun örtüyü qurbanın başına taxılır. Əvvəl çənə və dişlər əzilir, təzyiq artdıqca beyin kəllədən axmağa başayır.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Asılma tar: Şübhəsiz ki, bu, ən çox yayılmış işgəncə növü idi və əvvəllər asan cəza vasitəsi kimi məhkəmə proseslərində tez-tez istifadə edilirdi. Müttəhimin əlləri kəndirlə arxasından bağlanır, kəndirin digər ucu isə bucurqadın halqasından keçirilib dartılırdı. Bəzən cəzanı sərtləşdirmək məqsədilə qurbanın ayağından əlavə yüklər asılır, bədənini maşalarla cızırdılar.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Qarotta: Bu edam aləti İspaniyada son dövrlərədək istifadə edilirdi. Rəsmi olaraq son dəfə qarotta ilə edam 1975-ci ildə həyata keçirilib. Məhkumun əllərini arxadan bağlayıb, edam kürsüsünə otuzdurur, dəmir halqa ilə onun başını bərk tutaraq tərpətməyə qoymurdular. Edam zamanı cəllad xüsusi vinti burduqca dəmir paz məhkumun peysərinə yeridilir və bu, onun ölümü ilə nəticələnirdi.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ
Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Bağırsaqların qoparılması: Bağırsaqların qoparılması inkvizisiya dövründə istifadə edilirdi. Məhkumun qarnını yarıb bağırsaqlarını güclə dartıb çıxardır, sonra isə bədənini parçalayırdılar. Qurban saatlarla huşunu itirmədən dəhşətli ağrılardan qovrulurdu, bəzi hallarda isə “ədalətin bərpası”nı təmin etmək məqsədi ilə məhkumu yenicə çıxarılmış içalatını yeməyə vadar edirdilər.

Edam növlərindən biri də məhkumu atlara bağlayaraq, dartıb şaqqalamaq idi, – 1957-ci ildə XV Lüdovikə qarşı sui-qəsd cəhdinə görə Rober-Fransua Damyen məhz bu cür edama məhkum edilib.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Gilyotin: 1789-cu ildə fransalı fizik Cozef İqnas de Gilyotenin baş kəsmək üçün hazırladığı dəzgah ixtiraçının adını daşıyır. Başın bədəndən ayrılması ən az ağrılı və ən insanpərvər edam növü hesab edildiyindən Gilyoten bu məqsədlə xüsusi dəqiqliklə işləyən dəzgah qurmağı təklif edib. Edam edilənin kürək nahiyəsinə bağlanmış taxta lövhəyə vurulan ağır çəkic zərbələri ilə onun onurğası sındırılırdı.

Baxdıqca insanı dəhşətə gətirən alətlər Bakıda: işgəncənin ən ağır növləri - FOTOREPORTAJ

Bundan başqa, sərgidə tövbə köynəkləri, dizdoğrayan qəlib, gurultu fleytası, qeybətçilərin skripkası, baş kilidləyən qəlib, əl şikəstliyi, oral, vaginal və anal armudları, İspaniya çəkməsi, döş parçalayan, zınqırovlu boyunluq, taxt-tac, böyük barmaqlar üçün məngənə, odlu damğa, dəmir ayaqqabı, dəmir tıxac, başını saxlayan yastıqlar nümayiş edilən eksponatlar arasındadır.