“Bavariya” tarixində 2-ci dəfə dünya çempionu oldu

0
359

Qətərdə keçirilən klublararası dünya çempionatına yekun vurulub.

Finalda Almaniyanın “Bavariya” və Meksikanın “Tiqres” komandaları üz-üzə gəlib.

“Edukeyşn Siti” stadionunda baş tutan qarşılaşma Münhen klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Avropa təmsilçisinə tarixində 2-ci dünya çempionluğunu qazandıran qolu 61-ci dəqiqədə Benjamin Pavar vurub.

Qeyd edək ki, 3-cü yer uğrunda matçda Braziliyanın “Palmeyras” klubunu məğlub edən Misirin “Əl-Əhli” komandası turnirin bürünc medallarına sahib çıxıb.