Xilasedicilər Batumidə yaşayış binasının dağıntıları altından daha bir nəfərin cəsədini çıxarıblar.
Bununla da qurbanların sayı beşə çatıb. Əldə olunan məlumata görə, ölən azyaşlıdır.
Xatırladaq ki, oktyabrın 7-də Gürcüstanın Batumi şəhərində yeddi mərtəbəli yaşayış binasının bir hissəsi uçub.
Dağıntılar arasında daha üç uşağın qaladığı ehtimal edilir.