Baş Prokurorluq sabiq deputatın əməli ilə bağlı ARAŞDIRMALARA BAŞLADI

0
395

Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin Bakıda ağacları kəsdirməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır:

“Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.