Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Ağdamın Quzanlı kəndində yerləşən Ağdam Musiqi Kollecində əməliyyat tədbiri keçirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat təsdiq edilib.
Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.