Baş prokurordan daha bir TƏYİNAT

0
371

Baş Prokurorluqda yeni təyinat olub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi Təminat İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Baş prokurorun növbəti əmri ilə o, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir. 1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi Təminat İdarəsinin rəisi vəzifəsində çalışıb.