Azərbaycan hərbçilərinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayətlərlə əlaqədar başlanmış cinayət işləri üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən müvafiq istintaq hərəkətləri həyata keçirilir.
Bu barədə Baş prokuror Kamran Əliyev məlumat verib.
Kamran Əliyev bildirib ki, Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsini təmin etmək üçün digər hüquq mühafizə orqanları, Xarici İşlər Nazirliyi, o cümlədən aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər görülür:
“Ermənistan dövlətinin, onun vəzifəli şəxslərinin beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər tutarlı və mötəbər sübutlarımız mövcuddur və hesab edirəm ki, bu məsələdə uğurlu nəticələr əldə edəcəyik”.