Baş nazirin qoyduğu vaxt 10 günə bitir

0
414

Nazirlər Kabinetinin Maliyyə Nazirliyi qarşısında qoyduğu vaxtın bitməsinə 10 gün qalır.

 Maliyyə Nazirliyi mart ayınadək büdcə xərclərinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün təklifləri təqdim etməlidir.

Xatırladaq ki, Baş nazirin yanvarın 16-da imzaladığı sərəncamla “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiqlənmişdi.