Ötən gün Baş nazir Əli Əsədovun sərəncamına əsasən, Ələsgər Ələsgərov Baş nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Ələsgər Ələsgərovun dosyesini təqdim edirik:
Ə.Ələsgərov 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarə edilməsi ixtisasları üzrə təhsil alıb.
O, 2013-cü ilədək müxtəlif dövlət orqanlarında çalışıb.
2013-cü ildən isə Azərbaycan Respublikası Prezident Administrasiyasında Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətində müxtəlif vəzifələrdə işləyib.
Ə.Ələsgərov 2019-cu il oktyabrın 22-dən Baş nazirin köməkçisi vəzifəsində çalışırdı.