Baş nazirdən tələbələrlə bağlı QƏRAR: 150 manat…

0
356
Baş nazirdən tələbələrlə bağlı QƏRAR: 150 manat...

Naxçıvan Muxtar Respublikasında tələbə yataqxanalarında yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği müəyyənləşib.

Bununla bağlı muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov qərar imzalayıb.

Belə ki, qərara əsasən, bundan sonra bir tələbə Naxçıvan Dövlət Universitetinin Tələbə Evində yaşamaq üçün 80 manat, “Naxçıvan” Universitetinin tələbə yataqxanasında yaşamaq üçün 100 manat və Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin tələbə yataqxanasında yaşamaq üçün isə 150 manat kirayə haqqı ödəyəcək.

Qərarla müəyyənləşib ki, kirayə haqqı köçürmə yolu ilə aylıq və ya birdəfəlik ödənilə bilər. Kirayə haqqı aylıq ödənildikdə hər ayın 15-nə kimi bank vasitəsilə müvafiq hesaba ödəniləcək.

Qərarla ödəniş yerli və xarici ölkə vətəndaşı olan tələbələr üçün bərabər məbləğdə müəyyən edilib və tədris ili ərzində ödənişin məbləğinin dəyişdirilməsi qadağan olunub.

Həmçinin qərar verilib ki, tənbeh tədbiri qismində yataqxanadan çıxarılmış tələbələr istisna olmaqla, tədris ili ərzində yataqxanadan ayrılan tələbələrin kirayə haqqının qalıq məbləği geri qaytarılacaq.

Qeyd edək ki, bu qiymətlər Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində 2021-2022-ci tədris ilindən, Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentində isə 2021-ci il mart ayının 1-dən tətbiq edilir.