Baş nazirdən “Respublika” qəzeti ilə bağlı QƏRAR

0
441

“Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, “Respublika” qəzeti redaksiyasına da bu qərarla müəyyən edilmiş normaya uyğun həcmdə qəzet kağızının alınması və qəzet redaksiyalarının çap və icarə haqqı xərclərinin ödənilməsi üçün hər il dövlət büdcəsində “Azərbaycan” nəşriyyatına müvafiq məbləğdə vəsait nəzərdə tutulacaq.