Baş nazirdən kənd inzibati dairələri ilə bağlı QƏRAR

0
540

Nazirlər Kabineti “Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2021-2025-ci illər üçün açılması” barədə qərar verib.

Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Əmrə əsasən, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yeni təsərrüfatbaşına uçot sənədlərini çap etdirərək, 2020-ci il noyabrın 1-dək müvafiq bölgü əsasında Azərbaycan Respublikasının rayon (şəhər) icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılmasını təmin etməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri 2021-2025-ci illər üçün yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun təmin etməlidirlər.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yenitəsərrüfatbaşına uçot sənədlərinin çapının 2020-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsini təmin etməlidir.