Baş nazir Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərini ləngidən səbəbləri AÇIQLADI

0
311

“Təəssüf ki, Ermənistanın uzun müddət mina sahələrinin xəritəsini bizə verməkdən imtina etməsi, sonradan təqdim etdiklərinin isə dəqiqlik göstəricisinin 25 faiz həddində, bəzən ondan da az olması Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərini xeyli ləngidir”.

Bu sözlər Baş nazir Əli Əsədovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yer alıb.

“Bununla belə cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həmin iqtisadi rayonlarda iri infrastruktur layihələrinin icrası davam etdirilir, ilk növbədə, yol-nəqliyyat, enerji, su təchizatı şəbəkələri qurulur, ekoloji terrorun nəticələri aradan qaldırılır, “Böyük qayıdış”ın reallaşdırılmasına hazırlıq görülür. Belə ki, bu ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb, gələn ilin büdcəsində də həmin həcmdə vəsait nəzərdə tutulub”, – Baş nazir əlavə edib.