Baş infeksionistdən Azərbaycana gətirilməsi planlaşdırılan yeni vaksinlərlə bağlı AÇIQLAMA

0
310

“AstraZeneca” və “Sputnik V” vaksinləri hələ ki, Azərbaycana gətirilməyib. Bunlar vektor vaksinləridir və bir qədər fərqli texnologiya ilə hazırlanır”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, öldürülmüş viruslarla hazırlanan vaksin texnologiyası 10 illərdir tətbiq olunub, tam öyrənilib:

“Vektor vaksinləri kifayət qədər yeni vaksinlər qrupundandır. İlk dəfə Rusiyada Ebola virusuna qarşı hazırlanmış vaksində istifadə olunub”.

“Bu, yeni texnologiyadır və müzakirələr bunun üzərindədir. Elm və texnika inkişaf edir və hər zaman köhnə metodlarla işləyə bilmərik”, – deyə o əlavə edib.