Baş ağrısı BU XƏSTƏLİYİN əlaməti ola bilər – Neyrocərrah açıqladı

0
332
Baş ağrısı BU XƏSTƏLİYİN əlaməti ola bilər - Neyrocərrah açıqladı

Baş ağrısı beyin şişinin əsas əlamətlərindən biri ola bilər.

Bu barədə Moskva Tədqiqat Onkologiya İnstitutunun neyrocərrahiyyə şöbəsinin müdiri Anton Zayçev danışıb.

Həkimin sözlərinə görə, bu, xərçəngin ən çox görülən əlamətlərindən biridir.

“Baş ağrısı, başgicəllənmə, ürək bulanması, qusma və fokal simptomlar, xəstələrdə sözlərin tələffüzü, sözlərin anlaşılması ilə bağlı problemlər də beyin simptomlarıdır”, – Anton Zayçev “Moskva danışır” radiostansiyasına verdiyi bir müsahibədə deyib.

Onun sözlərinə görə, şiş dərindirsə, uzun müddət görünməyə bilər. Baş ağrısı kifayət qədər uzundursa və analjeziklə aradan qaldırılmırsa, həkimə müraciət etmək lazımdır. Mütəxəssis bu cür şişlərin, ümumiyyətlə, baş zədələri ilə əlaqəli olmadığını da əlavə edib.