“Barselona”nın iki milyard avro borcu var

0
280

İspaniyanın “Barcelona” klubunun maliyyə vəziyyəti xeyli pisləşib.

Bu barədə klubun illik maliyyə hesabatını araşdıran “Goal” nəşri xəbər yayıb.

Məlumata əsasən, katalonların iki milyard avroya yaxını borcu var. Bunlardan 730 milyonu qısamüddətli borcdur.

Klubun xərcləri arasında ən böyük yeri əməkhaqları tutur və borcların bir hissəsi də elə bununla bağlıdır. “Barsa” büdcəsinin 74%-i məhz əməkhaqları istiqamətində xərclənir.

“Barselona”nın digər klublara da 126 milyon avro borcu var. Bu borclar oyunçu transferləri nəticəsində əmələ gəlib. İspan klubu Kautinyoya görə “Liverpul”a 29 milyon, de-Yonqa görə “Ayaks”a 16 milyon, Malkolma görə “Bordo”ya 10 milyon avro borcludurlar və bu borclar cari ilin iyun aynın 30-dək ödənilməlidir.

Xatırladaq ki, 2019/2020-ci il mövsümünün sonunda “Barselona”nın 488 milyon avro borcu var idi. Göründüyü kimi, klubun maliyyə vəziyyəti sürətlə pisləşir.