Fransanın “L’Equipe” nəşri dünyanın ən yaxşı gənc futbolçularının reytinqini təqdim edib.
Siyahıda ilk pillədə İspaniya millisinin və “Barselona” klubunun hücumçusu Ansu Fati qərarlaşıb.
İkinci sırada Fransanın “Renn” klubunda çıxış edən Eduardo Kamavinqa yer alıb.
Niderlandın “Ayaks” klubunda çıxış edən Rayan Qravenberx isə sıralamada üçüncü olub.