Binghamton Universitetinin amerikalı alimləri su ilə uzun müddət təmasdan sonra barmaqların dərisinin niyə qırışdığını aşkar ediblər.
Tədqiqat nəticələri “Journal of Mechanical Behavior of Biomedical Materials” (JMBBM) elmi jurnalında dərc olunub.
Məlum olub ki, hər bir insanda qırış nümunələri qan damarlarının işi ilə əlaqəli eyni sxemə görə formalaşır.
Əvvəllər belə hesab olunurdu ki, qırışlar dərinin suyu udması və şişməsi səbəbindən yaranır.
Yeni araşdırmada komanda iştirakçıların barmaqlarını 30 dəqiqə mayeyə batırdıqları bir təcrübə aparıb. 24 saatdan sonra prosedur təkrarlanır. Şəkillərin müqayisəsi göstərib ki, hər iki halda qırış naxışları (ilgələr və silsilələr) eyni qalıb.
“Barmaqlardakı qan damarları yerlərini dəyişmir, buna görə də qırışlar eyni “naxış”a görə əmələ gəlir”, – alimlər izah ediblər.
Maraqlıdır ki, median siniri zədələnmiş (barmaqların həssaslığından məsul olan) insanlarda qırışlar ümumiyyətlə yaranmır. Bu, belə bir zədə alan tələbənin iştirak etdiyi testlə təsdiqlənib.
Bu kəşf cəsədin uzun müddət suda qalmasına baxmayaraq, barmaq izlərini müəyyən etməyə kömək edə bilər.
Alimlər bu mexanizmin tibb və ya biometrik texnologiyalar kimi digər tətbiqlər üçün istifadə oluna biləcəyini öyrənmək üçün tədqiqatlarını davam etdirməyi planlaşdırırlar.