Baqrat Köçəryan və Sarkisyanla buna görə görüşüb: Elə ilk gündən dedim ki…

0
48

Ölkəmizdə siyasi qüvvələr, o cümlədən keçmiş prezidentlər var. Əvvəldən dedik ki, bu, hamımızın hərəkatıdır.

Bunu sentyabrın 16-da jurnalistlərlə söhbətində Ermənistandakı etirazların lideri arxiyepiskop Baqrat Qalstanyan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla görüşünün “Vətən Uğrunda” hərəkatının arxasında keçmiş prezidentlərin dayanması demək deyilmi” sualına cavab verərkən deyib.

“Biz bu prinsipi qorumuşuq, gördüyünüz kimi, hərəkatda müxtəlif ideoloji yönümlü, bəzən fikir ayrılığı olan qüvvələr var. Necə ki, etirazlar zamanı üçüncü prezident Serj Sarkisyanla görüşdüm, indi də koordinasiya şuramızla mübarizə prosesini davam etdirmək üçün siyasi sahənin bütün aktorları ilə görüşmək qərarına gəldik. Dəstək olub-olmamaqdan söhbət gedə bilməz. Elə ilk gündən dedim ki, tək qalsam da, mübarizə davam edəcək”, – arxiyepiskop bildirib.

Keçmiş prezidentlərin onunla görüşdə hərəkatı dəstəklədiklərini bəyan edib-etməmələri ilə bağlı suala Baqrat belə cavab verib: “Görüş qapalı olduğundan təfərrüatları açıqlamaq səlahiyyətim yoxdur. Vəzifə dəstək olub-olmamaq deyil, mənim vəzifəm hara getdiyimizi hamıya təqdim etməkdir? Ölkəmizdə keçmiş prezidentlər də daxil olmaqla çoxşaxəli siyasi meydan var”.