Banklar dolları niyə limitlə satır? – Buna ehtiyac yoxdur…

0
327

Son günlər dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Hazırda “Brent” markalı neftin bir barreli 88,42 dollara, yüngül neftin bir barreli 86,44 dollara, “Azəri Layt” markalı neftin bir barreli isə 90,56 dollara təklif olunur. “Azəri Layt” markalı neftin bir barrelinin 90 dolları keçməsi vətəndaşlar arasında haqlı bir sualı ortaya çıxarır – Banklar dolları nə üçün hələ də limitlə verir? Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bütövlükdə kommersiya banklarının xarici valyutaya limit müəyyənləşdirməsinə ehtiyac yoxdur.

“Valyuta bazarı liberal olmalıdır. Bu valyutanın alqı-satqısında da belə olmaldır. Hazırda bazarda xarici valyutaya tələb çoxdur. Bu da normaldır. Çünki adətən yanvar-dekabr aylarında ixrac-idxal məsələlərini də nəzərə alsaq xarici valyutaya, xüsusən də dollara tələbat artır. Lakin ümumi yanaşdıqda bankların xarici valyutaya limit tətbiq etməsi doğru deyil. Bu baş versə belə banklar bunun səbəbini izah etməlidir. Xarici valyutanın alqı-satqısının həyata keçrilməsi liberal şəkildə baş verməlidir”