Bankda pulu olanlara XOŞ XƏBƏR: 1 yanvardan etibarən… – VİDEO

0
604

Vətəndaşların banklarda olan depozit gəlirlərinə vergi güzəştlərinin tətbiqinə başlanacaq.

Millət vəkili Vüqar Bayramov bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə vətəndaşların əmanətlərindən əldə edilən gəlirlərinə güzəştlər nəzərdə tutulur.

Vergidən azad olma iki istiqamətdə həyata keçiriləcək.

Deputat bildirib ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən azad olacaq.

Güzəştlərin 2024-cü ilin yanvarın 1-dən tətbiqinə başlanacaq.

“Vergi Məcəlləsində təklif edilən dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasda müzakirə edilərək Parlamentin plenar iclasına tövsiyə edilib”, – deyə deputat əlavə edib.

Daha ətraflı videoda: