Balinaların sayı son zamanlar sürətli şəkildə azalıb. Belə ki, Antarktik sularda göy balinaların sayı əvvəllər 200 minə çatdığı halda, 1963-cü ildə 4 minə enib.
Şimali Atlantikada onların sayı təxminən 150-dir, Sakit okeanın şimal hissəsində isə 1971-ci ildə 1760 idi. 1980-ci illərin əvvəlində də sayları təxminən bu qədər idi. Sayının azalması sənaye ovlanması ilə bağlıdır.
“Science Advances” jurnalında aparılan araşdırmaya görə, bəzi cənub balinalarının 150 il yaşaya biləcəyi ortaya çıxıb. Bu balinaların orta ömrünün 70 il olduğu düşünülürdü. Tədqiqatçılar müəyyən ediblər ki, oxşar növ olan Şimali Atlantik balinalarının hazırkı ömrü cəmi 22 ildir və nadir hallarda 50 ildən çox olur.
Qeyd olunur ki, Şimali Atlantika balinalarının ömrünün azalması insan səbəbli ölümlərlə bağlıdır.