Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?” oyunlarının Yaz seriyasının qalibi oldu

0
309

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Nə? Harada? Nə zaman?” intellektual oyununun Yaz seriyasının final görüşü keçirilib.

Brilyant və Büllur “bayquş”ların sahibi Balaş Qasımovun komandası tamaşaçılarla mübarizə aparıb.

Oyun 6:5 hesabı ilə bilicilərin xeyrinə başa çatıb.

Bu oyunda “Büllur bayquş”un sahibi isə Denis Qaliakberov olub.

Qeyd edək ki, azərbaycanlı mütəxəssisin komandasında Denis Qaliakberov, Sergey Nikolenko, Yulia Lazareva, Dmitri Avdeenko və Elman Talıbov yer alıb.