Rusiyadan Azərbaycana yeni metro qatarlarının gətirilməsinə başlanılacaq. Tədarük müddəti üç il nəzərdə tutulub
2020-ci ilin fevralından etibarən Rusiyadan Azərbaycana yeni metro qatarlarının gətirilməsinə başlanılacaq. Bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov məlumat verib.
Onun sözlərinə görə, yaxın 3 ildə 12 metro qatarının (60 metro vaqonunun) gətirilməsi nəzərdə tutulub.