Bakıya xeyli sayda təcili yardım maşını gətirildi

0
459

Bakıya xeyli sayda təcili tibbi yardım maşınları gətirilib.

Xeyli sayda ambulans maşınları Bakı istiqamətinə yük maşınları vasitəsilə daxil olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu, koronavirus xəstəxanaları üçün deyil:

“Bu, icbari tibbi sığortanın tətbiqi ilə bağlı təchizatla əlaqədardır. Əvvəldən də açıqlanmışdı ki, təchizatda yeniliklər olacaq və bu, planlı işdir. Ambulansların gətirilməsinə başlanılıb və davam edəcək”.