AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib. Ermənistan nümayəndə heyətinin qətnaməyə dəyişikliklər edilməsi ilə bağlı cəhdləri iflasa uğrayıb. Ermənilərin təklif etdiyi dəyişikliklər səs çoxluğu ilə rədd edilib.
Erməni nümayəndə heyəti AŞPA qətnaməsinə üçtərəfli bəyanat qüvvəyə mindikdən sonra Azərbaycan ərazilərində saxlanılmış diversant və terrorçuları hərbi əsir kimi təqdim edərək, onlara qarşı cinayət işi açılmasına etirazları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin mübadiləsi, eləcə də erməni dini abidələri ilə bağlı bir neçə dəyişiklik təklif edib. Təkliflərin heç biri səsvermədən keçməyib.
Bu, ermənilərin 10 noyabr 2020-ci ildə uğradıqları hərbi məğlubiyyətdən sonra aldıqları ikinci böyük zərbədir. Ermənilər bu dəfə diplomatik sahədə darmadağın oldular. Çünki bir çox ermənilərin xəstə təxəyyülünə görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ bitməyib. Guya ermənilər sadəcə döyüş meydanında uduzublar. İdeoloji və diplomatik sahədə isə döyüş davam edir. AŞPA-ın son qətnaməsi sübut etdi ki, ermənilər diplomatik sahədə də məğlubiyyətə uğradılar. Avropa Şurası məşvərətçi orqan olsa da, siyasi təsir imkanına malik bir qurumdur. Ən əsası bu qurumda ermənilərə “qorxma-qorxma”- deyən ölkələr geniş heyətlə təmsil olunublar. Və erməniləri gizlində dəstəkləyən ölkələr açıq şəkildə ermənilərin iddialarına qarşı çıxdılar. Bu da onu göstərir ki, artıq Avropa da Dağlıq Qarabağ probleminin 2020-ci ildə qaldığını qəbullanıb. Və bu gün Qarabağda baş verənlərə Azərbaycanın daxili işi kimi baxırlar.
Amma neyləyəsən ki, erməni cəmiyyətinin aktiv fazasında avantürist və cəfəng fikir yürüdən xeyli canlı (onlara, insan deməyə dilim gəlmir) var. Onlardan biri də Arayik Arutyunyandır. Qaşı-gözü azərbaycanlıya oxşayan bu gədə son günlər yaman fəallaşıb. Gah özü üçün yeni kabinet formalaşdırır, gah yerlərdə görüşlər keçirir, gah da ki, zəvzək-zəvzək danışır, müxtəlif “bəyanatlar” verir. Hələ arada imkan tapıb İrəvana da gedir.
Paşinyanın iclasına da qatılır. Amma baxıram ki, Arayikin hərəkətlərində ifrat dərəcədə təlaş və həyəcan var. Bu da onu göstərir ki, Arutyunyanı ölüm qorxusu bürüyüb. Bu qorxunu özündən uzaqlaşdırmaq üçünsə daimi hərəkətdədir. Bəlkə də gecələr də yatmır. Çünki qorxu köpəkoğlu şeydir. Arayikin hərəkətləri bir növ Mollanın Cənabi Əzrayılı aldadıb uşaqların içərisində oynamasına bənzəyir.
Amma neyləyəsən ki, “milçək bir şey deyil, lakin ürək bulandırır”. Arayikin təlaşlı hərəkətləri və məsuliyyətsiz çıxışları bəzi soydaşlarımızda qıcıq yaradır. Bu da başa düşüləndir. Yəni hansısa bir gədənin qalib və Cənubi Qafqazın ən qüdrətli dövlətinə qarşı baş qaldırması bütün hallarda bu cür assosiasiyalar doğurmalıdır. Amma unutmayaq ki, hər şey qurtarıb. Dağlıq Qarabağ problemi kimi bir ifadə artıq leksikonumuzda yoxdur.
Bunu mən demirəm. Bunu qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı və xalqımızın lideri İlham Əliyev deyir. Özü də Bakıda yox, Kremlin bərq vuran işıqlı sarayında, Vladimir Vladimiroviçin yanında. Və dövlətimizin başçısının qətiyyətli dəmir məntiqi qarşısında Rusiya lideri sükutla, Ermənistanın Baş naziri Nikol Paşinyan isə yazıq-yazıq dayanır. Bütün bunlardan sonra arutyunyanların, manukyanların, marukyanların, köçəryanların, sarkisyanların və daha neçə-neçə yanların dedikləri sadəcə türklər demiş “təfərrüatdır”.
O ki, qaldı Yuxarı Qarabağdakı real vəziyyətə, orda baş verənlərin hamısı Bakının nəzəri-diqqətindədir. Sadəcə, Azərbaycan dövləti qısa taym-aut götürüb. Və yaxın 3-4 ayda orda da Azərbaycan qanunları işləyəcək, hər yerdə Azərbaycan bayrağı dalğalanacaq. Bakının Yuxarı Qarabağda baş verənləri soyuqqanlıqla və təmkinlə izləməsinin bir neçə səbəbi var.
Birincisi, ölkə ağır müharbədə çıxıb. Qısa fasiləyə və özünü toparalamaq üzün zamana ehtiyac var.
İkincisi, faktiki olaraq Azərbaycanın nəzarətinə keçən ərazilərdə qaynar həyatın canlandırılması hökümət üçün daha vacibdir.
Üçüncüsü, Yuxarı Qarabağa getmək və orda Azərbaycan qanunlarının icrasını təmin etmək üçün üçün dayanıqlı kommunikasiya lazımdır. Hazırda hökumətin əsas hədəfi ən azı Şuşaya qədər güclü kommunikasiyanı təmin etməkdir. Və iyunda Yuxarı Qarabağda, konkret olaraq Xankəndində bütün idarəetmə nəzarəti ələ keçiriləcək.
Bu gün Dağlıq Qarabağdakı bütün kommunikasiya xətlərinin Azərbaycanla heç bir əlaqəsi yoxdur. İşıq, qaz, su və avtomobil yolları ilə heç bir əlaqəmiz yoxdur. Bu problemləri həll etmədən Yuxarı Qarabağda konkret nəticələr əldə etmək olmaz. Çünki orda pis-yaxşı ermənilər yaşayır. Onların da kimsə qayğısına qalmalıdır. Azərbaycan hökuməti bəlli səbəblərə görə bunu etmir, daha doğrusu, etmək istəmir. Ermənistanınsa bu istiqamətdə bütün təşəbbüslərinin qarşısı alınıb. Bunu da mən demirəm. Bütün erməni mətbuatı yazır. Ona görə də ordakı məhdud sayda ermənilərin sosial problemlərini hələlik Moskva həll edir.
Burda həssas bir məsələyə də toxunmaq istəyirəm. Guya son 80 gündə Qarabağa 50 mindən artıq erməni qaytarılıb. Bu feyk xəbərdir. Bunu da mən demirəm. Beynəlxalq Qırmızı Xaç Komitəsi deyir. Komitənin son açıqlamasında deyilirdi ki, Qarabağa qaytarılan ermənilərin sayı süni şəkildə artırılır.
Bunu da Rusiya edir. Qayıdanların sayının süni şəkildə artırılması ilə Moskva BQXK-dən və digər beynəlxalq humanitar təşkilatlardan daha çox yardım qoparmaq istəyir. Bununla da Rusiya hökuməti iqtisadi yükünü azaltmağa çalışır. Beynəlxalq ekspertlərin hesablamalarına görə, son 80 gündə 25 minə yaxın erməni geri qayıdıb və yaxud qaytarılıb. 10 noyabra qədərsə, Qarabağda 5 minə yaxın əhalinin qaldığı bildirilir. Ümumilikdı hazırda Yuxarı Qarabağda 30 minə yaxın erməninin olduğu söylənilir.
Məlumatda o da deyilir ki, geri qaytarılan 25 min erməninin Qarabağda yaşam şəraiti olmaması üçün 5 mindən çox erməni yenidən Ermənistana qayıdıb. Burda bir məqamı da qeyd edim ki, istər Qarabağda, istərsə də Ermənistanda iqtisadi vəziyyətin ağır olması səbəbindən 10 minlərlə erməni Avropaya və Rusiyaya qaçmaq üçün məqam gözləyir. Amma pandemiya səbəbindən sərhədlər bağlandığı üçün bu adamlar oturub gözləyir.
Bu günlərdə erməni sosioloq Samvel Manukyan mətbuata açıqlamasında bildirib ki, “2021-ci ildə 150-200 min erməni mühacirət edə bilər. Köç edənlərin əksəriyyəti Rusiya istiqamətini seçəcək. Bu, yalnız ermənilərin ABŞ və Avropa ölkələrinə əlləri çatmaması ilə bağlı deyil. Rusiya yeni bir həyat qurmaq üçün daha çox imkanlar vəd edir. Çünki asan sosiallaşma, mövcud məşğulluq imkanları Rusiyada daha böyükdür. Üstəlik, bu ölkədə dil maneəsi yoxdur”.
Manukyanın hesabatına əsasən, mühacirlərin 10 faizini Qarabağ ermənilərinə şamil etsək, onda yaxın vaxtlarda ən azı 15-20 min erməni Qarabağı tərk edədcək. Bu hesaba da Yuxarı Qarabağda qalan yaşlı ermənilərin maksimum sayı 25-30 civarında olacaq. Bu isə Azərbaycanın ən kiçik rayonunun əhalisi qədərdir. Bu proseslərin inkişafı isə erməni probleminin birdəfəlik həllində xalqımıza ən yaxşı kömək olacaq. Beləcə, Yuxarı Qarabağda qalacaq az qismdə erməni sevinə-sevinə Azərbaycan təbəəliyini qəbul edəcək. Arayik Arutyunyan və onun kimilər isə ən azı ömürlük həbsə məhkum olacaqlar. İndiki halda, Arayikin başqa çıxış yolu yoxdur. Ermənistan onu qəbul etmir. Rusiyaya və yaxud Avropaya qaçmağa isə qorxur.
Çünki radikal erməni millətçiləri onu harda tutsalar, ən ağır şəkildə cəzalandıracaqlar. Çünki ermənilərin tam əksəriyyəti Arutyunyanı İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin iki baiskarından biri, bəlkə də birincisi qismində görürlər.
Yada salaq ki, Arayik uzun illər Qarabağda “baş nazir”, son illərdə isə “prezident” kimi at oynadıb. Bütün dünya ermənilərinin Qarabağa göndərdiyi maddi dəstəyi basıb-yeyib. Təkcə “Hayastan” Fondunun 150 milyonunu mənimsəyib. Uzun illər “ikinci erməni dövləti qururam”, – deyə bütün erməniləri aldadıb. Sonda bəlli olub ki, Arayik Arutyunyan dələduz və fırıldaqçıdır. Ona görə də bu erməni gədəsi Qarabağda son çabalarını edir. Düşünür ki, “bəlkə də qaytardılar?!”. Amma onun bütün çabaları qəfəsdəki quşun son və faciəli çırpınışlarının eynisidir.
Yenisabah.az