Bakının bu ərazisində 1 gün su olmayacaq

0
31

Nərimanov rayonu ərazisində istismar müddəti bitmiş xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar başlanan işlər davam etdirilir.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Qeyd edilir ki, bu işlərlə əlaqədar 8 aprel tarixi səhər saatlarından “Montin” yaşayış massivinə aid (Əlövsət Əliyev) bəzi ərazilərdə 9 aprel səhər saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.