Bakının Araikə 3 ağır şərti? Nikol razıdır… – Ermənilər yaydı

0
410

Sosial şəbəkələrin erməni seqmentində Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyanın “Qarabağ ordusu”nun dağıdılması ilə bağlı “informasiyası”ndan sonra ermənilər ehtimallar, qeyri-səhih informasiyalar və iddialar səsləndirməyə başlayıblar.

Ermənistanda müxtəlif siyasi qüvvələrə yaxın olan kanallar və səhifələrdə də müəyyən məlumatlar paylaşılmaqdadır. Yayımlanan məlumatlarda Qarabağdakı silahlı dəstələrin ləğvi ilə bərabər, Ermənistanın daha bir neçə “güzəştə gedəcəyi” bildirilib.

Teleqramda ermənilərin məşhur “Hay Wave” kanalı sosial şəbəkələrdə gedən bu tip informasiyaları toplayaraq, Qarabağla bağlı atılacaq addımlarla əlaqədar özünün yekun proqnozunu təqdim edib:

“Mən deməzdim ki, “dqr müdafiə ordusu” dağıdılacaq. O, başqa cür adlandırılacaq, amma “silahlı qüvvələr” saxlanılacaq. Ermənistandan olan çağırışçılar orada xidmət etməyəcəklər (irəvanlıların arzusu yerinə yetdi). “Ordu”nun say tərkibi azalacaq, amma tam kiçik olmayacaq (onların adamları haradan toplayacağı aydın deyil – red). Deyirlər ki, “ordunun” formalaşdırılmasına yanaşma dəyişəcək, keyfiyyətə yatırım ediləcək. Ümid edirəm ki, bu, sadəcə söz deyil. Yaxşı olardı ki, həm say, həm keyfiyyət olsun, amma nə varsa odur. Baxıb görəcəyik. Yalnız müşahidə edib, ən yaxşısına ümid etmək qalır”.

Vkontakte sosial şəbəkəsindəki “qərbi ermənistan respublikası” səhifəsi isə Araik Arutyunyana Moskvada ağır şərtlər səsləndirildiyini bildirib:

“Moskvada Araik Arutyunyana daha ağır şərtlər səsləndirilib. Bu şərtlərlə artıq Nikol Paşinyan razıdır.

Onların mahiyyəti belədir:

1) Qarabağdakı müntəzəm “erməni ordusu” tam dağıdılır və yalnız bundan sonra İlham Əliyev əsirləri (dekabrda ələ keçirilən terrorçular nəzərdə tutulur – red.) geri qaytarır;

2) Qarabağa (Keçmiş Dağlıq Qarabağ nəzərdə tutulur – red.) 40 min, o cümlədən Xankəndiyə 12 min azərbaycanlı yerləşdirilir. Bununla belə erməni əhalinin Şaumyan (Gülüstan, 1991-ci ildə ləğv edilərək, Goranboy rayonuna birləşdirilib – red.), Şuşa, Hadruta geri dönməsi haqqında heç nə deyilməyib;

3) Məmurlar Dağlıq Qarabağa Bakıdan rəsmi icazə aldıqdan sonra gedə bilərlər”.

Qeyd edək ki, Minasyan dünənki paylaşımında Qarabağda “erməni ordusu”nun dağıdılacağı və onun əvəzində formal “milis”, qvardiya yaradılacağı haqqında məlumat yaymışdı.